Bu gün Artsax Respublikasının elan olunmasının 30-cu ildönümüdür. Bu münasibətilə Artsax Ombudsmanı Geğam Stepanyan öz “Facebook” səhifəsində yazıb:
“Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən 70 illik etnik təmizləmə və milli zəmində ayrı-seçkilik siyasəti Artsax xalqını öz taleyini həll etməyə və müstəqil dövlət yaratmağa sövq etdi.
Azərbaycan, əsas beynəlxalq sənədlərdə öz müqəddəratını təyinetmə hüququnda təsbit edilmiş Artsax xalqının demokratik və şəffaf hərəkətlərinə, müxtəlif şəhərlərdə - Sumqayitdə, Bakıda, Kirovabadda ermənilərin yeni qırğınları törətməklə cavab verdi. 1992-ci ilin yanvar ayından etibarən isə Azərbaycan güc tətbiq edərək hüquqları uğrunda mübarizə aparan insanları susdurmağa çalışdı. 1994-cü ildə əldə edilmiş atəşkəs yolu ilə hüquqlarımızın müdafiəsini təmin edə bildik, lakin bununla bağlı beynəlxalq ictimaiyyətin dəstəyini almadıq və anlaşılmaz şəkildə təcrid olunduq.
Söz həyat təhlükəsini aradan qaldırmaq haqqından, var olma haqqından gedir və bütün dünya bunu, 2020-ci ildə Azərbaycanın Artsaxın dinc əhalisinə qarşı başlatdığı təcavüzkar müharibə zamanı, Azərbaycan-Türkiyə tandemi zorakılıq yaratmaq üçün səylərini əsirgəmədikdə, çoxsaylı müharibə cinayətləri törətməklə, qadağan olunmuş müharibə vasitələri ilə dayanmadığını görərək əmin oldu.
Artsax Respublikasının varlığı və tarixi separatizm və ya hər hansı bir əraziyə istiqamətli istəkləri tarixi deyil, insan hüquqları və azadlıqları uğrunda mübarizənin tarixidir. Bu, o qədər sadə bir həqiqətdir ki, hüquq və azadlıqların dəyərini və əhəmiyyətini dərk edən hər bir insan tərəfindən başa düşülməlidir.
Artsax Respublikasının əbədiləşdirilməsi demokratik dəyərlərin, hüquqların, azadlığın, ləyaqətin, ayrı-seçkiliyin istisna edilməsi və sülhün əbədiləşdirilməsi deməkdir"- deyə Geğam Stepanyan yazıb.