Rusiya və Ermənistan birgə regional hava hücumundan müdafiə sisteminin yaradılması haqqında saziş layihəsini müzakirə edir. TASS xəbər verir ki, bunu MDB Müdafiə Nazirləri Şurasının Hava Hücumundan Müdafiə üzrə Koordinasiya Komitəsi sədrinin müavini, general-polkovnik Yuri Grexov deyib.
"Bu cür layihələr Qırğızıstan, Qazaxıstan və Ermənistanla müzakirə olunur",- deyə o qeyd edib.
General-polkovnik Grexov bildirib ki, Rusiya, Ermənistan və Qazaxıstan arasındakı müqavilələrin praktiki olaraq yerinə yetirilməsi üzərində işlər davam edir.
MDB çərçivəsində Ermənistanla Rusiya arasında vahid hava hücumundan müdafiə sistemi mövcuddur. Başlaması ilə iki ölkənin silahlı qüvvələrinin birgə hərbi təlimləri keçirildi. Sonuncu belə təlim 2020 -ci ilin iyul ayında baş tutub. Yeni müqavilənin hava hücumundan müdafiə sahəsində mövcud müqavilə bazasından nə ilə fərqlənəcəyi aydın deyil.
Ermənistan Respublikası ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının hava hücumundan müdafiə hərbi hissələri və hava hücumundan müdafiə vasitələri MDB-nin birgə hava hücumundan müdafiə sistemi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri ilə birgə döyüş vəzifəsi yerinə yetirirlər.