Rusiya XİN-in yaydığı məlumata görə, sentyabrın 1-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasını müzakirə ediblər.
XİN başçılarının müavinləri ikitərəfli və regional gündəmə dair aktual məsələlər barəsində də fikir mübadiləsi aparıblar.