Rusiya xarici işlər naziri Sergey Lavrov, tədris ilinin başlaması münasibətilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüş zamanı etdiyi çıxışda qeyd edib ki, Ermənistan Rusiyanın müttəfiqidir.
Rusiya xarici işlər naziri çıxışında Ermənistan Respublikası ilə əlaqələrə, əməkdaşlığa, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasındakı bəyanatların həyata keçirilməsinə və Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə toxunub.
Lavrov xüsusilə qeyd edib:
“Ermənistan bizim müttəfiqimizdir. Dünən respublikanın yeni təyin olunmuş xarici işlər naziri bizimlə idi, yaxşı danışıqlarımız oldu. Çox zəngin ikitərəfli gündəliyimiz var: səfər mübadiləsi, böyük layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın inkişafı. Bütün bunlar çox intensiv və inamla davam edir. Əlbəttə ki, hələ Dağlıq Qarabağ məsələsi də var hələ, keçən ilin noyabrında Rusiya Federasiyası onun sakitləşməsində həlledici rol oynadı, imzalanmış müqavilələr var, Rusiya, Ermənistan və Azərbaycan liderləri qərarlarda şəxsən iştirak edirlər. Hər gün Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbçilərimiz gərginliyi azaltmaq və etimad yaratmaq üçün yerində işləyirlər.
Digər formatdlarda da sərhədçilərimiz erməni müttəfiqlərimizə azərbaycanlı qonşuları ilə problemlərin həllində kömək edirlər”.