İşgüzar səfərlə Moskvada olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas ilə görüşüb.
Ararat Mirzoyan və Stanislav Zas, KTMT üzv dövlətlərin maraqlarına birbaşa təsir edən regional və beynəlxalq səviyyələrdə baş verən dəyişikliklərin dinamikasını ətraflı şəkildə müzakirə etdi.
Görüş zamanı həmsöhbətlər Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə girməsi nəticəsində yaranan vəziyyətə də toxunublar. Hər iki tərəf vəziyyətin sürətlə həll edilməsinin və gərginliyin azaldılmasının vacibliyini vurğuladı.