Rusiya sülhməramlı kontingentinin hərbçiləri "Спеши к добру" xeyriyyə fondu ilə birlikdə Martuni rayonun uşaqları üçün Bilik Günü münasibəti ilə humanitar aksiya təşkil etdilər.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirdi.
Rus sülhməramlıları Maçkalaşendə təxminən 100 şagird və müəllimi yeni tədris ilinin başlaması münasibətilə təbrik etdilər.
Humanitar aksiya zamanı Humanitar Mərkəzinin mütəxəssisləri və xeyriyyə fondunun nümayəndələri uşaqlara dəftər, qələm qutuları, çox rəngli qələm, flomasterlər, kitab tutacaqları və dərs vəsaitləri verdilər.