Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə siyasəti yürüdür və Əfqanıstana qoşun yeritməyi planlaşdırmır.
TACC-a əsasən, bu barədə KTMT-nin Baş katibi Stanislav Zas bildirib.
“Bu tamamilə əsassız əndişədir. KTMT istisnasız olaraq müdafiə xarakterli hərbi-siyasi təşkilatdır. Təşkilat ancaq KTMT-nin cavabdeh olduğu zonalar çərçivəsində kollektiv müdafiə qüvvəsi tətbiq edə bilər”,- deyə Stanislav Zas KTMT-nin Əfqanıstana qoşun yeridib-yeritməyəcəyi ilə bağlı suala cavabında bildirib.