ER xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq İtkin Düşmüşlər Günü münasibətilə mesaj göndərdi.
Mesajda deyilir ki, 2010-cu il dekabrın 21-də BMT Baş Assambleyası 30 avqustu Beynəlxalq İtkin Düşmüşlər Günü elan etdi.
Qeyd olunur ki, zorla itkin düşənlər faktiki olaraq bütün hüquqlardan - azadlıq, təhlükəsizlik, şəxsiyyət və ədalətli mühakimə hüquqlarından məhrum edilir. Təəssüf ki, bir çox hallarda onlar yaşamaq hüququndan da məhrum edilir.
“Bu gün bütün tərəfdaşlarımızın diqqətini Azərbaycanda qanunsuz saxlanılan erməni əsir və mülki şəxslərin hüquqlarının bərpası məsələsinə yönəltmək və bu məsələni bir daha qaldırmaq istəyirəm. Azərbaycan hakimiyyəti onlarla erməni hərbçinin və mülki şəxsin girov olmasını inkar edir, amma bununla əlaqədar açıq sübutlar var, ona görə də bu şəxslər avtomatik olaraq zorla itkin düşən hesab olunur.
Rəsmi Bakı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycanda girov götürülmüş erməni hərbçilər və mülki şəxslərlə bağlı məlumatların verilməsi ilə bağlı müvafiq qərarlarına da açıq şəkildə məhəl qoymur.
Azərbaycan beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyalarının və 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın 8-ci bəndinin tələblərini kobud şəkildə pozaraq, əsirlərin geri qaytarılmasına mane olmağa davam edir.
Üstəlik, Azərbaycanın ali rəhbərliyinin apardığı anti-erməni siyasətinin davamı olaraq, Azərbaycanda əsir və girov olan ermənilər işgəncələrə və qeyri-insani, alçaldıcı rəftara məruz qalırlar. Həmçinin onları yaşamaq hüququndan məhrum etmə halları da artıq qeydə alınmışdır. Erməni hərbi əsirlərin qanunsuz məhkəmələri davam edir.
Azərbaycan tərəfindən erməni əsirlərin və saxlanılmış şəxslərin real sayının və saxlanma yerinin gizlənməsi bəşəriyyətə qarşı müharibə cinayətlərinin danılmaz sübutudur.
Bu baxımdan Human Rights Watch təşkilatının Ermənistan və Artsaxa səfəri zamanı dərc etdiyi hesabatda Azərbaycanın erməni əsirlərə alçaldıcı rəftarı və işgəncələrinnin hərbi cinayət kimi qiymətləndirilməsi diqqət çəkir”,-mesajda vurğulanır.
Ararat Mirzoyan həmçinin qeyd edib ki. Freedom House da daxil olmaqla bir çox təşkilatın bu mövzuya reaksiyası yüksək qiymətləndirilir.
XİN başçısı beynəlxalq tərəfdaşlarımızı və insan haqları təşkilatlarını Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təzyiqi gücləndirərək, beynəlxalq humanitar hüquq normalarına riayət edilməsini və qeyri-insani şəraitdə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin dərhal azad edilməsini tələb etməyə çağırıb.