Artsax Respublikasının Xİ naziri Davit Babayan Cavad əl-Baydaniyə ərəb “Almothaqaf.com” informasiya-analitik saytı üçün müsahibə verib.
- Müharibədən sonrakı Qarabağ hansı statusa malikdir, DQR rəhbərliyinin səyləri nəyə yönəldilir?
- Azərbaycan, Türkiyə və beynəlxalq terrorçuların başladığı üçüncü Qarabağ müharibəsindən sonra Qarabağın statusu əhəmiyyətli dərəcədə dəyişməyib.
Təcavüzün məqsədi Artsax Respublikasının, xalqının və dövlətçiliyinin tamamilə məhv edilməsi idi. Lakin bu ittifaqın cinayət planları baş tutmadı. Böyük insan, maddi və ərazi itkilərinə baxmayaraq, Artsax Respublikası müstəqilliyini və dövlətçiliyini saxladı. Biz əvvəldə olduğu kimi beynəlxalq səviyyədə tanınmaq üçün mübarizə aparan müstəqil dövlətik.
- Qarabağda rus sülhməramlılar hansı statusa malikdir, onların DQR rəhbərliyi ilə birbaşa əlaqəsi varmı, yoxsa Ermənistan və ya Azərbaycan hakimiyyəti vasitəsi ilə hərəkət edirlər?
- Üçüncü Qarabağ müharibəsindən sonra Artsaxda rus sülhməramlı qüvvələri yerləşirildilər, onlar bölgədə sabitliyin, sülhün eləcə də Artsax Respublikasının təhlükəsizliyinin əsas qarantlarından biridir. Biz onların rolunu, eləcə də ölkəmizin yenidən qurulmasında və münaqişədən sonra bərpa proseslərində Rusiya sülhməramlılarının töhfəsini yüksək qiymətləndiririk. Rusiya sülhməramlıları ilə birbaşa, kifayət qədər yaxın, qardaşlıq münasibətlərimiz var.
- DQR müharibədən sonra digər ölkələrlə münasibətlərini qoruyurmu?
- Dağlıq Qarabağ Respublikasının bir çox ölkələrlə kifayət qədər geniş əlaqələri var. Dövlət səviyyəsində bizi Abxaziya, Dnestryanı, Cənubi Osetiya, Amerika və Avstraliyanın bir sıra ştatları, Amerika və Avropadakı şəhərlər və bələdiyyələr tanıyırlar. Ölkəmizi digər ölkələrlə birləşdirən bənzərsiz körpü olan erməni Spyurk (diaspor) müxtəlif ölkələrlə əlaqələrin möhkəmlənməsinə və inkişafına töhfə verir. Artsax Respublikasının xaricdə də nümayəndəlikləri var.
- Bir sıra ərəb ölkələrinin Türkiyə ilə münasibətlərini, eləcə də bir sıra ərəb ölkələri ilə Türkiyənin o qədər də yaxşı olmayan münasibətlərini nəzərə alaraq ərəb ölkələri ilə əlaqələrin qurulmasının perspektivlərini necə qiymətləndirirsiniz?
- Ərəb dünyasının bizim üçün xüsusi bir əhəmiyyəti var. Ərəblər və ərəb sivilizasiyası ilə əlaqələrimizin çoxəsrlik tarixi var. Qeyd edim ki, Artsax bir vaxtlar İslam tarixində əsas rol oynamışdır. 9-cu əsrdə İslam üçün ən böyük təhdidlərdən biri olan Babak üsyanını zərərsizləşdirən Artsax idi (826-837). O qiyam uğur qazansaydı, bu gün İslam sivilizasiyası belkə də mövcud ola bilməzdi!
Yaxın tarixə gəlincə, hamımız 1915-1923-cü illərdə türklərin törətdiyi dəhşətli soyqırım zamanı ərəb xalqlarının ermənilərə kömək əlini çox yaxşı xatırlayırıq.
On minlərlə erməni ikinci vətənini İraq, Suriya, Livan, Misir və digər ərəb ölkələrində tapdılar. Bütün bunlara görə ərəblərə çox minnətdarıq.
Bu gün ərəb ölkələrinin erməni icmaları iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasına fəal töhfə verən diasporamızın ən mütəşəkkil hissələrindən biridir. Burada böyük imkanlar var.
Türkiyəyə gəlincə, bu ölkə müxtəlif bölgələrdə, xüsusən sərhədləri boyunca dağıdıcı işlər görür və bu təkcə ərəb ölkələri üçün təhlükə deyil.
Türkiyə hərəkətləri və radikal terror qruplarına fəal dəstəyi ilə bütün İslam üçün təhdiddir.
Əminəm ki, ərəb dünyası da bunu başa düşür.