29 Avqustda İtaliyanın San Giorgio del Sannio şəhərində “Premio Marzani” mükafatlandırma mərasimi baş tutdu.
ER səfiri Tsovinar Hambardzumyan, fəaliyyətləri ilə xalqlar arasında dostluq və sülhün möhkəmlənməsinə böyük töhfə verən jurnalistlərə, yazıçılara, diplomatlara verilən “Premio Marzani” mükafatına layiq görüldü.
Səfir çıxış edərək, keçən ilin sentyabr ayında Artsaxın dinc əhalisinə qarşı Azərbaycanın başlatdığı müharibəni, nəticələrini təqdim etdi və Türkiyənin bu müharibədəki rolundan danışdı.
Səfir Azərbaycanın 9 noyabr bəyanatında nəzərdə tutulan əsirlərin geri qaytarılmasını yerinə yetirmədiyini və bir çox erməni hərbi əsirini həbsdə saxlamağa davam etdiyini vurğuladı.
Qeyd olunub ki, Azərbaycanın nəzarətində olan ərazilərdə Azərbaycan çoxəsrlik erməni mədəni və dini irsinin abidələrini məhv edir.
Səfir bildirib ki, müharibə dayandırılsa da, Artsax məsələsi hələ də həll olunmayıb. O əlavə edib ki, Ermənistan tərəfi üçün ən vacib şey Artsax ermənilərinin öz torpaqlarında sərbəst yaşamaq haqqıdır və bunu həyata keçirməyin yeganə yolu öz müqəddəratını təyin etmək hüququnun tanınmasıdır.