30-31 avqust tarixlərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasına işgüzar səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
Xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Ardınca mətbuat konfransı keçiriləcək.
Səfər çərçivəsində KTMT baş katibi Stanislav Zas ilə də görüş planlaşdırılır.