Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bunu Kremlin mətbuat xidməti bildirib.
Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda qeyd olunan razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyəti müzakirə edilib.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə edildi.