Ermənistanda daha 522 nəfər COVID-19-a yoluxub, 359 nəfər sağalıb.
Bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 240 261-ə çatıb. Son sutkada koronavirusdan 11 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 796-ya yüksəlib.
Koronavirusa yoluxan 225 593 nəfər sağalıb. Hazırda 8 721 pasiyent müalicə olunur.