Parlamentdə hökumət proqramını təqim edərkən əsas mesajım bölgə və Ermənistan üçün sülh inkişaf dövrü açma gündemi idi. Bunu ER Baş naziri Nikol Paşinyan hökumət iclasında Syunikdəki vəziyyətə toxunurkən bildirdi.
“Bundan sonra, məlum olan vəziyyət yaranıb. Azərbaycan Eyvazlı-Çayzam hissələrində Syunik bölgəsinin cənub hissələrinə gedən əsas yolu bağlayıb. Bu hərəkət 2020-ci ilin dekabrında əldə edilən razılaşmalara ziddir. Ümid edirəm ki, vəziyyət tez zamanda həll olunacaq.
Siyasi cəhətdən mənə aydındır ki, bu hərəkət irəli sürdüyümüz sülh gündəminə zərbə vurmaq, bu gündəmi gözdən salmaq üçün edilmişdir. Azərbaycanın davranışı göstərir ki, bu cür hadisələr yenidən baş verə bilər. Əlbəttə ki, ayıq və diqqətli olmalıyıq, amma digər tərəfdən güclü sinirlərə ehtiyacımız var, strateji xəttimizi, sülh gündəmimizi inkişaf etdirməliyik.
Syunikdəki yollarla bağlı vəziyyət bizim üçün gözlənilməz deyildi, bu müddət ərzində yeni infrastruktur yaratmaq üçün çalışdıq və çalışmağa davam edəcəyik. Ancaq Eyvazlı və Çayzam hissələrində yolun yenidən açılması regional sabitliyin yaxşı simvolu ola bilər”,-Paşinyan vurğuladı.