Avqustun 27-də Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan işgüzar səfərlə Ermənistan Respublikasında olan KTMT-nin Birləşmiş Qərargah rəisinin birinci müavini general-leytenant Hasan Kaloyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ER müdafiə naziri Ermənistan ətrafındakı təhlükəsizlik mühitini təqdim edib. General -leytenant Kaloyev, KTMT Kollektiv Operativ Reaksiya Qüvvələrinin birgə operativ yerləşdirilməsinin planlaşdırılması məsələlərini ER müdafiə nazirinə təqdim edib.
KTMT çərçivəsində qərar qəbul etmə və kollektiv qüvvələrdən istifadə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
KTMT Birləşmiş Qərargah Rəisinin birinci müavini Ermənistana səfəri çərçivəsində KTMT-nin Çevik Reaksiya Qüvvələrinə daxil olan erməni bölmələrinin döyüş hazırlığı ilə bağlı məsələlərlə də tanış olub.