Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi, Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ararat Mirzoyanı təbrik edib.
“Yaponiya üçün Ermənistan qanunun aliliyinə əsaslanan azad, açıq dünya nizamı qurmaqda potensial tərəfdaşdır. İki xalq arasındakı tarixi əlaqələrdən məmnunluğunu ifadə edərək, informasiya texnologiyaları, rəqəmsallaşma, mədəniyyət və s. kimi sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək istərdim.
Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olacaq. Ümidvaram ki, gələcəkdə ikitərəfli əməkdaşlıq daha da genişlənəcək və sıx əməkdaşlıq şəraitində inkişaf edəcək".