ER Baş naziri Nikol Paşinyan Goris-Kapan yolunda yaranmış vəziyyətə toxunub. O qeyd etdi ki, azərbaycanlılar gəlib yolu bağlayıblar. Onlar deyiblər guya ki, dünən gecə hadisə baş verib və Ermənistan tərəfdən insanlar girib Azərbaycan sərhədçilərini bıçaqladılar.
“Rəsmi olaraq deyirik ki, bıçaqlanma ilə bağlı məlumat həqiqətə uyğun deyil",- o deyib.
Onun sözlərinə görə, yolun həmin hissəsində baş verənlər Ermənistan, Azərbaycan və Rusiya arasındakı üçtərəfli sazişə ziddir.