Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi dünən axşam saatlarında Kapan-Goris avtomobil yolunun Karmrakar-Şurnux hissəsini bağlayıb.
"Lurer"in Syunik müxbiri Armine Simonyan Karmrakar hissəsində işini davam etdirir.
Syunik icra başçısının müavini Kamo Avanesyanla söhbət edərək yolda, ümumiyyətlə Syunikdə vəziyyətin nə olduğunu öyrənməyə çalışıb.
Kamo Avanesyan - Bu anda Karmrakardan təxminən 3 km aralıda yerləşən Çayzam adlanan ərazidə ER, RF və Azərbaycan sərhəd qoşunları arasında üçtərəfli danışıqlar aparılır. Və bu gün yolun açılması lazım olduğuna dair müsbət cavab gözləyirik.
Syunikdə vəziyyət normaldır, əhali arasında çaxnaşma yoxdur. Şəxslərarası münasibətlərini erməni tərəfinə yükləmək istəyirlər, amma biz belə bir şey olmadığını açıq şəkildə bildirmişik.