Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Hazırda sülhməramlılar və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçular Azərbaycana qayıdacaq. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, Azərbaycan sülhməramlı kontingenti Əfqanıstanda Türkiyə sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərirdi.