Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Twitter” hesabında İranın yeni təyin olunmuş xarici işlər nazirini təbrik edib.
"Əmir Abdullahianı İranın Xarici İşlər naziri təyin olunması münasibətilə ürəkdən təbrik edirəm və ən xoş arzularımı çatdırıram.
Əminəm ki, birlikdə əsrlər boyu davam edən dostluğa əsaslanan Ermənistan-İran münasibətlərini inkişaf etdirmək və dərinləşdirmək üçün hər cür səy göstərəcəyik",- deyə Ararat Mirzoyan yazıb.