Ermənistan Respublikasında üç aylıq təlim toplanışlarının ilk mərhələsi başlayıb. Avqustun 25-dən noyabrın 25-dək keçirilən üç aylıq təlim toplanışlarının ilk mərhələsində ehtiyatçıların ilk qrupunda qeydə alınan sıravilər, zabitlər və gizirlər iştirak edəcəklər. Müdafiə Nazirliyinin məlumatına əsasən, onlar döyüş növbətçiliyinə cəlb oluna bilər və hərbi rütbədən asılı olaraq aylıq əmək haqqı alacaqlar.