ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Azatutyun” radiosunun sualına cavab olaraq Azərbaycan prezidenti İlham Əliyevin bəyanatlarına toxunub.
Sual: Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, guya Ermənistan UNESCO-nun araşdırma missiyasının Dağlıq Qarabağa səfərinin əleyhinədir. Bu ifadəni necə şərh edərdiniz?
Cavab: Qeyd etmək lazımdır ki, UNESCO-nun araşdırma missiyasının dərhal həyata keçirilməsinə ehtiyac 2020-ci ildə 44 günlük müharibə zamanı, erməni mədəni və dini irsini Azərbaycanın nəzarətində olan ərazilərdə qaçılmaz məhv olmaq təhlükəsindən qorumaq üçün yaranmışdır.
Azərbaycan silahlı qüvvələri tərəfindən həm hərbi əməliyyatlar zamanı, həm də atəşkəsin qurulmasından sonra erməni kilsələrini, digər mədəniyyət və dini abidələri qəsdən məhv etmə və vandalism ilə bağlı sənədləşdirilmiş hallar çoxdur. Üstəlik, Artsaxın dini və mədəni irs obyektlərinin fiziki olaraq məhv edilməsinə paralel olaraq, Azərbaycanın ali rəhbərliyinin əmri ilə tarixi faktların saxtalaşdırılması, erməni abidələrinin şəxsiyyətinin və mənsubiyyətinin təhrif edilməsi və memarlığın dəyişdirilməsi ilə bağlı qəbuledilməz hallarının şahidi oluruq.
Azərbaycan mədəni cinayətləri ört-basdır etmək üçün təşkilatı qərəzli olmaqda ittiham edərək, eyni zamanda UNESCO mütəxəssislərinin ziyarətinə mane olurdu. Azərbaycan hakimiyyəti missiyanın həyata keçirilməsi üçün maneələr yaratmaq və məsələni siyasiləşdirmək təcrübəsini indi də davam edir. Onu da xatırladaq ki, 2020-ci ilin dekabr ayında UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Azərbaycanın bu missiya ilə razılaşmadığını bəyan edib.
Xatırlatmaq lazımdır ki, Ermənistan, 1954-cü il “Silahlı toqquşma vəziyyətində mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına və onun yanındakı iki protokoluna uyğun olaraq UNESCO-nun araşdırma missiyasını alqışlayıb və onun ən qısa zamanda həyata keçirilməsinə dəstək verməyə hazırdır.
Artsaxın təhlükə altında olan mədəni və dini irsinin qorunması və vandalizm hallarının qarşısının alınması üçün təcili olaraq beynəlxalq diqqətə ehtiyacı var. UNESCO missiyasının həyata keçirilməsi və tarixi və mədəni irsin hərtərəfli öyrənilməsi Azərbaycanın nəzarəti altında olan ərazilərdə mədəni irsin qorunması və mümkün neqativ ikişafların qarşısını almaq səylərinə töhfə verəcəkdir.
Ermənistan tərəfi missiyanın ən qısa zamanda həyata keçirilməsində maraqlıdır və bu istiqamətdə məqsədyönlü səylər göstərməyə davam edir.