Biz ATƏT Minsk qrupunun həmsədr ölkələri ilə münasibətlərimizə xüsusi əhəmiyyət veririk. Bu barədə ER baş naziri Nikol Paşinyan Hökumət proqramını təqdim edərək qeyd etdi.
Onun sözlərinə görə, Ermənistan hökuməti ABŞ-la dostluq münasibətlərinin inkişafı və dərinləşdirilməsi istiqamətində ardıcıl olaraq işlərini davam etdirəcək.
“İyunun 12-də 15 əsirimizin geri qaytarılmasında ABŞ administrasiyasının rolunu vurğulamalıyam”,- o deyib.
Paşinyan qeyd etdi ki, hökumət Fransa ilə imtiyazlı münasibətləri gücləndirməyə davam edəcək.
“Siyasi sahədə mövcud əməkdaşlığa paralel olaraq Fransa ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün konkret addımlar atılacaq. Makron, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin rəhbəri olaraq bölgədə sabitliyin bərqərar olması üçün ciddi səylər göstərir. Biz də bu mövzuda onunla sıx əməkdaşlıq edirik",- Nikol Paşinyan vurğuladı.