ER Prezidenti Armen Sargsyan Ermənistanın İstiqlal Bəyannaməsinin qəbul edilməsinin 31-ci ildönümü münasibətilə təbrik mesajı göndərib.
“1990-cı il avqustun 23-də Ermənistan Ali Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi müstəqil dövlət quruculuğu prosesinin başlanğıcı oldu.
İstiqlal Bəyannaməsinin ildönümü çalışmağa, yaratmağa, məsuliyyətli olmağa, birləşməyə və həqiqətən güclü bir ölkə qurmağa məcbur edən bir siqnaldır.
Müstəqilliyimizə sadiq qalaraq dövlətçiliyimizi, kimliyimizi müdafiə edək”,-mesajda deyilir.