ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Syunik bölgəsindəki Sisian Tarix Muzeyi mağazasının açılış mərasimində iştirak edib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində məlumat verilir.
Səfir Treysi, muzeyi və mağazanı gəzməklə yanaşı, Sisianı da gəzib.
ABŞ BİA tərəfindən maliyyələşdirilən və Smithsonian İnstitutunun "Mənim Ermənistanım" layihəsi Sisian Tarix Muzeyinə bir sıra turizm məhsulları hazırlamaqda və muzey mağazasının fəaliyyət göstərməsinə kömək edib.