Avqustun 20-də Artsax Respublikasının Dövlət naziri Artak Beglaryan, İnsan Hüquqları Müdafiəçisi Geğam Stepanyan və XİN rəhbəri David Babayan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin Lordlar Palatasının üzvü Kerolayn Koks və Humanitar Yardım XeriyyəTəşkilatının (HART-Humanitarian Aid Relief Trust) üzvləri ilə birlikdə onlayn görüş keçiriblər. Bu barədə ArtsaxınİHM Geğam Stepanyan məlumat verib.
“Onlayn görüş zamanı Azərbaycan-Türkiyə təcavüzü səbəbindən Artsaxda yaranan humanitar vəziyyətə, Artsax hökuməti və beynəlxalq təşkilatların həyata keçirdiyi humanitar tədbirlərə, Artsax xalqının hüquqlarının qorunmasına, həmçinin ATƏT-in Minsk Qrupunun himayəsi altında Azərbaycan-Qarabağ münaqişəsi üzərində işlərin yenidən bərpa olunmasına toxunublar.
Artsax nümayəndələri Artsax xalqının hüquqlarını qorumaq üçün göstərdikləri səylərə görə baronessa Koksa və komandasına təşəkkür ediblər və müxtəlif proqramlarda sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə ediblər.
Baronessa Koks, Azərbaycan vəhşiliyinə qarşı mübarizəni davam etdirmək, beynəlxalq təşkilatları müharibə cinayətləri barədə xəbərdar etmək, Artsax xalqının səsini eşitdirmək və humanitar məsələlərin həllinə dəstək vermək öhdəliyini ifadə etdi"- deyə Geğam Stepanyan öz “Facebook” səhifəsində bildirib.