Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, xarici işlər naziri Vanq Yin Ararat Mirzoyana Ermənistan Respublikasının xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərdi.
“Sizinlə birlikdə nazirliklərimiz arasında ünsiyyət-əməkdaşlığı gücləndirməyə, Çin-Ermənistan əlaqələrini yeni inkişaf səviyyəsinə qaldırmaq üçün çoxşaxəli əməkdaşlığı dərinləşdirməyə hazıram”,-deyə məktubda qeyd olundu.