Bu ilin birinci yarısında Azərbaycanda 322 nəfər intihar qurbanı olub. Bu barədə Azərbaycan Baş Prokurorluğunun 20 avqust tarixli müraciətində deyilir.
Qeyd olunur ki, bunun səbəbi psixoloji, sosial və digər problemlərdir.
Turan agentliyi yazır ki, materialda daha detallı və konkret məlumatlar yoxdur, heç bir təhlil aparılmayıb, hər hansı təklif irəli sürülməyib, əvvəlki illər üçün statistika yoxdur, görülən tədbirlər haqqında danışılmır.