Rusiya xarici işlər naziri Sergey Lavrov Ararat Mirzoyana ER xarici işlər naziri təyin olunması münasibətilə təbrik məktubu göndərib.
“ER Parlamenti spikeri vəzifəsində Ermənistan-Rusiya parlamentlərarası əlaqələrin səmərəli inkişafına verdiyi töhfəni yüksək qiymətləndirirəm. Əminəm ki, iki Xarici işlər Nazirliyi arasında Rusiya və Ermənistan xalqlarının əsas maraqlarına cavab verən sıx və çoxşaxəli əməkdaşlıq daha da inkişaf etdiriləcək.
İnanıram ki, regional məsələlərin həllində Moskva və Ermənistanın səmərəli əməkdaşlığı, çoxtərəfli platformalarda mövqelərin uyğunlaşdırılması və Avrasiya inteqrasiya layihələrinin davamlı həyata keçirilməsi münasibətlərimizin müttəfiq ruhunu və Ermənistan-Rusiya dostluğunu daha da gücləndirəcək”,- Lavrov qeyd etdi.
Rusiya XİN başçısı Ararat Mirzoyanı Moskvaya dəvət etdi.