Ermənistanda AES-in 2-ci blokunun istismar müddətinin ikiqat artırılması ilə bağlı ilk iş toplantısı baş tutdu. İşçi qrupuna Ermənistanın və Rusiyanın sektor şirkətləri və təşkilatları daxil idi.
Tərəflər Ermənistan AES-in 2-ci enerji blokunun istismar müddətinin ikiqat artırılması konsepsiyasının layihəsini müzakirə ediblər.
“Ümumi məsələmiz rus mütəxəssisləri ilə birlikdə Ermənistan AES-in istismarının təhlükəsizliyi, etibarlılığı və səmərəliliyinin maksimum artırılmasıdır. Artıq ilkin hesablamalar aparılıb, AES 2026-cı ildən sonra da əlavə istismara verilə bilər”,- deyə Eduard Martirosyan bildirdi.
İşçi qrupun fəaliyyəti "Rusatom Servs" ASC tərəfindən koordinasiya olunur
İşçi qrupunun növbəti iclasının 2021-ci ilin sonuna qədər keçirilməsi planlaşdırılır.