Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması nəzərdə tutulur.
Bunu Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi qeyd edib ki, pandemiya hələ bitməyib.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur. “Delta" ştammı xüsusi sürətlə yayılır. Azərbaycanda hazırda 94% yayılan "Delta" ştammıdır.
Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatır․