Avqustun 20-də ER Parlamentinin sədri Alen Simonyan Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Fan Yunu qəbul etdi.
ER Parlamentinin sədri ölkəmizin Çin ilə səmərəli əməkdaşlığına əhəmiyyət verərək qeyd etdi ki, bir sıra sahələrdə qeydə alınmış maddi nəticələri var.
Alen Simonyan Çinlə parlament dostluq qruplarının işini bərpa etməyin zəruriliyini vurğuladı.
Parlament sədri səfirə Çindən alınan yardıa görə təşəkkürünü bildirdi.
Çoxşaxəli əməkdaşlığa hazır olduğunu bir daha təsdiq edən səfir də dostluq qrupların qarşılıqlı səfərləriniə əhəmiyyət verib. Onun sözlərinə görə, bu cür səfərlər möhkəm təməllər üzərində qurulan Ermənistan-Çin münasibətlərini daha da gücləndirir.
Tərəflər gələcək əməkdaşlıq proqramlarının inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.