Avqustun 19-da ER Baş naziri Nikol Paşinyan Qırğızıstana işgüzar səfərə getdi. Nikol Paşinya Qırğıstan Respubliaksının prezidenti ilə görüşüb.
Nikol Paşinyan görüşdə qeyd etdi ki, hər iki ölkə Avrasiya İqtisadi Birliyinə üzv ölkədir, bu isə ticarət və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar açır.
“Təəssüf ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin həcmi böyük deyil. Biz bu istiqamətdə işləməliyik. Əminəm ki, Siz də eyni fikirdəsiniz. İkitərəfli gündəliyimizdəki bütün problemləri müzakirə etmək üçün bugünkü fürsətdən çox xoşbəxtəm”,- Nikol Paşinyan deyib.
Ermənistan Baş naziri və Qırğıstan prezidenti siyasi dialoqun yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi və əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Hər iki tərəf hesab edir ki, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üçün reallaşmamış potensial var. Bu kontekstdə Ermənistan-Qırğızıstan hökumətlərarası komissiyasının bu ilin payızına planlaşdırılan iclasının keçirilməsinə əhəmiyyət verilib.
Nikol Paşinyan və Sadri Japarov regional təhlükəsizliyi və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Onlar qeyd etdilər ki, münaqişələr və mövcud problemlər yalnız sülh yolu ilə həll olunmalıdır.