Birləşmiş Ştatlar Əfqanıstandan çıxandan sonra “xaos” qaçılmaz idi. Bunu ABŞ Prezidenti Co Bayden “ABC News”a müsahibəsində deyib.
Bayden qeyd edib ki, ABŞ qüvvələrinin “xaosa səbəb olmadan” çıxmasının yolunu bilmir. Baydenin sözlərinə görə, Taliban amerikalıların və müttəfiq ölkələrin vətəndaşlarının çıxarılmasında əməkdaşlıq edir, amma əfqanların evakuasiyasında “daha böyük çətinlik var”.
Prezident deyib ki, ABŞ qüvvələri gərəkərsə, amerikalıların evakuasiyası üçün avqustun 31-dən sonra da Kabildə qalacaq. Həmin tarixədək xarici qüvvələr Əfqanıstandan çıxarılmalıdır.