Ermənistan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan silahlı qüvvələrinin avqustun 16 -da Ermənistan Respublikasının sərhəd bölgələrində təxribatçı hərəkətlərinə toxunub.
Bəyanatda qeyd olunur ki, avqustun 16-da Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının sərhəd hissələrində Yerasx yaşayış məntəqəsi, Syunik bölgəsinin Sev liç yaxınlığında və Geğarkunik bölgəsinin istiqamətində sərhədyanı kəndlərinin din əhalisini hədəf aldı.
“Avqustun 17-də Azərbaycan silahlı qüvvələri Geğarkunik bölgəsinin Sotk hissəsində müxtəlif çaplı odlu silahlardan atəş açmağa davam ediblər.
Azərbaycan silahlı qüvvələrinin təxribatı nəticəsində snayper atəşi səbəbindən Yerasx hissəsində ER Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vahan Tatosyan, Geğarkunik bölgəsi istiqamətində isə açılan atəş səbəbindən hərbi qulluqçu Arman Hakobyan ölümcül yaralandı.
Diqqətə layiqdir ki, bu hərəkətlər Azərbaycanın yüksək rəhbərliyinin Artsaxa və Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiq etmək təhdidləri ilə birgə həyata keçirilir.
Azərbaycan tərəfinin gərginliyi azaltmaq səylərini təhlükəyə atmaq, regional təhlükəsizliyi və sülhü pozmaq məqsədi güdən təxribatçı hərəkətlərini qəti şəkildə qınayırıq.
Bunların məqsədi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında sülh danışıqlarının bərpasının qarşısını almaq, habelə regional blokadadan çıxarılma prosesini və bütün ünsiyyət vasitələrini açmasının qarşısını alamqdır.
Ermənistan Respublikası öz suverenliyini və ərazi bütövlüyünü, Artsax xalqının öz müqəddəratını təyin etmə və vətənində yaşamaq hüququnu davamlı olaraq müdafiə edəcək”,- deyə bəyanatda qeyd olunub.