Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qrigoryan, Rusiya Federasyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycanın baş naziri müavini Şahin Mustafayev regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupu fəaliyyətini bərpa edib.
Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri və Ermənitan Respublikasının baş naziri, Rusiya Prezidentinin və Azərbaycan prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə ediblər.