İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Nikol Paşinyana Ermənistan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik məktubu göndərib.
"Ermənistan Respublikasının Baş naziri seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Şübhəsiz ki, qlobal və regional inkişafların sürətli tempi iki ölkə arasında bölgədə sülh və sabitliyin qurulması və iki xalqın rifahı naminə yaxın məsləhətləşmələrə əhəmiyyət verir, eləcə də iqtisadi əlaqələri gücləndirmək üçün xüsusilə nəqliyyat və enerji sahəsində çoxtərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayır.
Əminəm ki, əvvəlki illərin qarşılıqlı və davamlı səyləri sayəsində İran İslam Respublikası ilə Ermənistan Respublikası arasında xoş niyyətə, qarşılıqlı hörmətə və tarixi əlaqələrə əsaslanan dostluq, yaxın və yüksək səviyyəli əlaqələr yaradılıb və u münasibətlər işlədiyiniz müddətdə inkişaf edəcək və dərinləşəcək”,- deyə o qeyd edib.
İran prezidenti Nikol Paşinyana cansağlığı və uğurlar, Ermənistan Respublikası xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.