ER Parlamentinin sədr müavini Ruben Rubinyan Çin Xalq Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Fan Yong ilə görüşüb.
Ruben Rubinyan qeyd etdi ki, Çin Ermənistan üçün güclü tərəfdaşlarından biridir. O vurğualdı ki, iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Bu çərçivədə mədəni, elmi-təhsil, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığına əhəmiyyət verib.
Səfir Fan Yong qeyd edib ki, Ermənistanla əməkdaşlıq və dostluq münasibətləri onlar üçün vacibdir.
Ruben Rubinyan bildirdi ki, Ermənistan-Çin dostluq qrupu Parlamentdəki ən böyük fəal qruplardan biridir. O, iki ölkənin dost qrupları arasında əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə hazır olduğunu bildirib.
Görüş zamanı Ruben Rubinyan Çin səfirinə Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü ilə bağlı yaranmış vəziyyət barədə məlumat verib. O vurğuladı ki, Azərbaycan təcavüzü səbəbindən erməni tərəfində iki hərbçi həlak olub.
Fövqəladə və səlahiyyətli səfir bölgədə sülhün bərqərar olmasına və Ermənistan Respublikasının sərhədlərinin bütövlüyünü və təhlükəsizliyinə əhəmiyyət verərək məsələnin yalnız sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirdi.