Azərbaycan hakimiyyəti ən başından beynəlxalq qaydaları açıq şəkildə pozaraq hərəkət edir, onlar avqustun 16-da Yerasxda və Geğarkunikdə iki erməni hərbçinin öldürülməsinə görə məsuliyyət daşıyırlar. Bunu ER Ombudsmanı Arman Tatoyan Facebookda yazıb.
O həmçinin qeyd etdi ki, Azərbaycan silahlı qüvvələri qanunsuzcasına ER suveren ərazisi olan Geğarkuni və Syunikə girərək yerləşiblər, müntəzəm olaraq kəndlərə atəş açır, mülki əhalinin həyatı və sağlamlığı üçün real təhlükə yaradır, əmlaka, insanlara və heyvanlara ziyan vururlar.
Ombudsman vurğulayır ki, kəndlər arasındakı yollarda olduqları üçün insanların sərbəst hərəkəti məhdudlaşdırıldı və onların təhrik etdiyi atəşmalar yalnız ER SQ-in cavab tədbirlərindən sonra susdurulur.
“ER Silahlı Qüvvələri xalqımızın hüquqlarını, həyatını və sülhünü qoruyur. Bütün bu faktlar beynəlxalq təşkilatlara göndəriləcəkdir”,-Tatoyan qeyd etdi.