Bugünkü səfər ikitərəfli əlaqələrimizin dərinləşməsinin vacibliyini bir daha təsdiqlədi. Bunu Uruqvayın Xİ naziri Fransisko Bustijo Ermənistan Respublikasının Xİ naziri vəzifəsini icra edən Armen Qrigoryanla birgə konfransında bildirib.
“Bugünkü görüşdə iki ölkənin paylaşdığı bütün dəyərlərə və prinsiplərə əhəmiyyət verdik. Söhbət demokratiyadan, insan hüquqlarının qorunmasından, münaqişələrin sülh yolu ilə həllindən, ətraf mühitin qorunmasından gedir”,-nazir qeyd etdi.
O, münaqişələrin sülh yolu ilə həll olunmasının vacibliyinə də toxunub.
“Müxtəlif münaqişələr səbəbindən bölgədə sülh və təhlükəsizliyin şübhə altına alındığı belə çətin bir zamanda, Uruqvay beynəlxalq ictimaiyyətə narahatlığını bildirərək münaqişələrin güc tətbiq edilmədən həll edilməli olduğunu bildirir. Bu, münaqişələrin sülh və beynəlxalq hüquq yolu ilə həllinə töhfə verməlidir”,-XİN başçısı vurğuladı.