ER Parlamentiin sədri Alen Simonyan Gürcüstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Giorgi Saganelidze ilə vida görüşü keçirdi. Saganelidzenin ölkəmizdəki diplomatik missiyası sona çatıb.
Parlamentin sədri erməni-gürcü xalqları arasında mövcud münasibətləri yüksək qiymətləndirdi və ümid etdi ki, bu əməkdaşlıq davamlı olacaqdır.
Gürcüstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri öz növbəsində Alen Simonyana qarşılıqlı faydalı və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirdi.
Saganelidze Ermənistan-Gürcüstan əməkdaşlığının iki xalq arasında çoxəsrlik dostluğa söykəndiyini vurğuladı və qeyd etdi ki, Gürcüstan ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığa əhəmiyyət verir.
Alen Simonyan, erməni əsirlərinin geri qaytarılması üçün Gürcüstan hakimiyyətinin vasitəçiliyini xüsusi vurğulayaraq, gələcəkdə Gürcüstanın da bu məsələdə öz yardımını göstərəcəyinə ümidvar olduğunu bildirdi. O, bu kontekstdə bölgədə sülhün bərqərar olması məsələsini vurğuladı.