ABŞ Konqresmeni Frank Pallon twitter mikrobloqunda yazdı ki, ABŞ Dövlət Katibliyi Azərbaycanın təcavüzünü dayandırmaq üçün bütün vasitələrdən istifadə etməlidir.
“Ötən il Artsaxdakı müharibə zamanı və ondan sonra Ermənistana qarşı ittihamlar irəli sürməsi Əliyevin inandırıcı olmayan arqumentlərinin bariz nümunəsidir.
ABŞ bölgədəki qan tökülməsini və qeyri-sabitliyi pisləməkdə hər iki tərəfi günahlandırmamalıdır. Dövlət katibliyi Əliyevin təcavüzünü dayandırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməlidir”,- Palon yazdı.