Rus sülhməramlıları 58 min nəqliyyat vasitəsinin və 210 minə yaxın insanın Laçın dəhlizindən təhlükəsiz keçməsini təmin ediblər. Bu barədə RF Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Keçid məntəqəsinin əməkdaşları atəşkəsə nəzarət edir, nəqliyyat vasitələrinin təhlükəsiz keçməsini təmin edir. Hər gün təxminən 200 maşın keçir”,- deyə sülhməramlı qüvvələrin nümayəndəsi Vasili Davidov bildirib.
Qeyd edək ki, Rusiya Federasiyası prezidentinin, Azərbaycan Respublikası prezidentinin və Ermənistan Respublikası baş nazirinin birgə bəyanatında qeyd olunan razılaşmalara əsasən, 10 noyabrdan Dağlıq Qarabağda atəşkəs elan edildi. Atəşkəs rejiminə nəzarət etmək üçün Dağlıq Qarabağda Rusiya Federasiyasının sülhməramlı qüvvələri yerləşdirilib.