Hindistanın siyasi lideri, sülhün öncüsü Mahatma Qandinin heykəlinin açılış mərasimi bu gün Buenos Ayres parkının ərazisində baş tutdu.
Tədbirdə Ermənistan Respublikası Təhsil və Elm nazirinin müavini Ara Xzmalyan, rəsmi səfəri ilə Ermənistanda olan Hindistanın Mədəni Əməkdaşlıq Şurasının sədri, Hindistan Parlamentinin Yuxarı Palatasının üzvü Vihay Sahasrabudhe, Hindistanın Fövqəladə və Səlahiyyətli səfiri Kişan Dan Deval iştirak etdi.
Qeyd olunub ki, bu heykəli qoyaraq, ermənilər və Hindistandan Ermənistana gələn hindistanlılar Mahatma Qandinin prinsiplərini və ideologiyasını həmişə xatırlayacaqlar.