Avqustun 13-də, saat 22:00-dən 22:40-dək Azərbaycan SQ bölmələri müxtəlif çaplı atıcı silahlardan Ermənistan-Azərbaycan sərhədinin Geğarkunik hissəsində yerləşmiş erməni mövqeləri istiqamətində atəş açıblar. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Erməni sərhədçilərinin cavab tədbirləri ilə qarşı tərəf susdurulub. Erməni tərəfində zərərçəkənlər yoxdur. Saat 23:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən stabildir.