Taliban Əfqanıstanın ikinci böyük şəhəri olan Qəndəharı nəzərətə alıb. Bu barədə “BBC” bildirdi.
Bu şəhər strateji baxımdan əhəmiyyətli ticarət yeridir. Hazırda Əfqanıstanın şimal hissəsinin çoxu və ölkənin bölgə mərkəzlərinin üçdə biri ilə birlikdə Taliban nəzarətindədir.
BBC bildirdi ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması fonunda Taliban sürətlə irəliləyir və yeni əraziləri işğal edir.
Eyni zamanda qeyd olunur ki, ABŞ Əfqanıstana ABŞ səfirliyinin işçilərinin təxliyəsinə kömək etmək üçün təxminən 3000 hərbçi göndərmək niyyətindədir.