Avqustun 12-də Ermənistanın Maliyyə naziri Tigran Xaçatryan Asiya İnkişaf Bankının (AİB) Ermənistan ofisinin rəhbəri Paolo Spantigatini qəbul edib.
Nazir Tigran Xaçatryan Asiya İnkişaf Bankının Ermənistan hökuməti ilə müxtəlif istiqamətlərdə geniş əməkdaşlıq proqramlarına malik olduğunu vurğulayıb.
Tigran Xaçatryan əmin edib ki, AİB ilə əməkdaşlığın hökumətin yeni proqramı çərçivəsində həyata keçirilən işlərə töhfə verəcək.
Görüş zamanı iştirakçılar müxtəlif sahələrdə AİB-in dəstəklədiyi proqramlar və gələcək əməkdaşlığa dair məsələləri müzakirə ediblər.