“Demarkasiya və delimitasiya nəticəsində ərazi güzəştləri olmayacaq. Gələcəkdə belə bir məsələ müzakirə olunarsa, Artsvaşen haqqında da unutmamalıyıq"- deyə ER Ərazi İdarəetmə və İnfrastruktur naziri jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Gnel Sanosyanın fikrincə, kommunikasiyaların açılması iki ölkə tərəfindən həyata keçirilməlidir ki, bu da nəinki Ermənistana, həm də region ölkələrinə fayda verəcəkdir. Nazir qeyd edib ki, bu halda yeni infrastrukturun yaradılmasına ehtiyac yaranacaq.
"Xüsusilə dəmiryoluna gəldikdə, infrastruktur qurulmadan blokdan çıxara bilmərik, çünki əvvəlki dəmir yolu şəbəkəsinin olmadığı hissələrimiz var, yenisi tikilməlidir"- deyə Sanosyan qeyd edib.
Dəmiryolunun necə keçəcəyi sualına cavab olaraq Sanosyan bildirib:
“Keçmiş dəmir yolu şəbəkəsi var idi. Dəmir yol Naxicevandan keçir, Meğridən keçir. Dəmir yolunun istismar edilməsinə qərar verilsə, o istiqamət bərpa olunmalı və üzərində iş aparılmalıdır. Sovet dövründə İcevan istiqamətində olub”- deyə o yekunlaşdırıb.