ER XİN son inkişaflarla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, son günlərdə Azərbaycan silahlı qüvvələri həm Ermənistan Respublikası Silahlı qüvvələrinə, həm də Artsaxın Müdafiə Ordusu birləşmələrinə qarşı təxribatçı hərəkətlərini artırdı.
“Ermənistan Respublikası və Artsaxın yaşayış məntəqələri də hədəfə alınıb. Azərbaycan tərəfi öz aqressiv hərəkətləri ört basır etmək üçün bir tərəfdən erməni tərəfini noyabrın 9-da üçtərəfli bəyanatınıi pozmaqda günahlandırır, digər tərəfdən açıq şəkildə məhz həmin noyabrın 9-u bəyanatını təhrif edir.
Qeyd etmək lazımdır ki, noyabrın 9-u bəyanatının birinci bəndində dəqiq şəkildə qeyd olunur “…tərəflər öz tutduqları mövqelərində qalır”. Lakin Azərbaycan hərbi birləşmələri bəyanatın imzalanasından bir ay sonra Artsaxın Hadrut rayonununHin Tağer və Xtsaberd kəndləri istiqamətində hücuma keçiblər və bunun nəticəsində həmin yaşayış məntəqələrini işğal etdilər, erməni hərbiçi qulluqçuları öldürüb və ya əsir götürüblər.
Hazırda Azərbaycan tərəfi təmas xəttinin müxtəlif hissələrində yeni mövqelərişğal etməyə cəhd edir, müxtəlif silahlardan, o cümlədən pilotsuz uçuş aparalardan istifadə edərək erməni mövqelərini hədəfə alır.
Ona bənzər son hadisə Mxitaraşen və Şoş kəndləri yaxınlığında baş verib.Azərbaycan tərəfinin o iddiları guya ki, noyabrın 9-da olan üçtərəfli bəyannat ilə Dağlıq Qarabağdan erməni ordu birləşmələri çıxarılmalmağınəzərdə tutulur, sadəcə yalandır.
Yaranmış vəziyyətdə Artsax xalqı tərəfindən 90-cı illərdə formalaşan və son 30 illərdə təhlükəsizlik faktoruna çevrilən Artsax Müdafiə Ordusu bu gün Rusiya sülhməramlılarla Artsax xalqının təhlükəsizliyini və həyati hüququnu təmin edir.
Müdafiə Ordusu olmadan Artsax xalqı tarixi vətənində yaşaya bilməz, Müdafiə Ordusunu Artsaxdan çıxarmaq senarisi Artsaxı ermənilərdən təmizləmək senarisidir.
Noyabrın 9-da olan bəyanatda erməni ordu bölmələrinin çıxarılması yalnız Dağlıq Qarabağın ətraf rayonlardan çıxarılması nəzərdə tutulub, bunlar bəyanatlarda açıq şəkildə vurğulanıb.Erməni tərəfi bəyanatın bu müddəalarını tamamiylə yerinə yetirib. Azərbaycan isə buna həmin ərazilərdən Ermənistan Respublikasının süvener ərazisinə zorla daxil olmaqla və burada qeyri-qanuni yerləşdirməklə cavab verib.
Mayın 12-dən etibarən Ermənistan Respublikasına qarşı edilən bu təcavüzlər insan tələfatı ilə nəticələndi və regional təhlükəsizliyə ciddi təhlükə yaratdı.
Əminik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Qarabağ sülh prosesinin bərpası, 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının tam yerinə yetirilməsi, atəşkəsin qeyd-şərtsiz yerinə yetirilməsi, Ermənistan Respublikasının süveren ərazisindən Azərbaycan qoşunlarının çıxarılması, erməni hərbi əsirləri və mülki şəxsləri dərhal vətənə qaytarılması regional sülhün və təhlükəsizliyin sabitliyi üçün ön şərtlər yarada bilər”,- bəyanata qeyd olunub.