Rusiya Müdafiə Nazirliyi Ermənistana silahlı qüvvələrinin modernləşdirilməsində kömək etməyə hazırdır. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşü zamanı deyib.
“Biz həm ikitərəfli, həm də KTMT çərçivəsində hərbi sahədəki əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət veririk. Üstəlik, Ermənistan Silahlı Qüvvələrində islahat proqramlarının həyata keçirilməsinə dəstəyi davam etdirməyə hazırıq"-deyə Şoyqu bildirib.
O vurğulayıb ki, yaxşı təchiz olunmuş və təhlükəsizliyin təminatı olan 102-ci Rusiya hərbi bazası Ermənistanda yerləşir. Ermənistan Rusiyanın müttəfiqidir, Qafqazda sülhün təmin olunmasında əsas tərəfdaşdır. Biz bölgədə sülhün qorunmasında çox maraqlıyıq", - deyə o bildirib.
Şoyqu Arşak Karapetyanı müdafiə naziri təyin olunması münasibətilə təbrik edib.